Bu tikinti məhsullarının istehsalı azalıb – Siyahı

17:23 - 12.06.2020


12 iyun, Fineko/abc.az. 2020-ci ilin ilk 5 ayında Azərbaycanda tikinti materiallarının istehsalının ümumi dəyəri 264,7 milyon manat olub.

Dövlət Statistika Komitəsindən ABC.AZ- a verilən məlumata görə, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,3 faiz azalma deməkdir.

Belə ki, bu ilin yanvar-may ayları ərzində tikinti gipsinin istehsalı 3,6 dəfə, tikinti kərpicinin istehsalı 17,7 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 4,4 faiz artıb. Sözügedən dövrdə betondan yığma tikinti konstruksiyalarının istehsalı 0,6 faiz, sementin istehsalı 6,2 faiz, tikinti əhənginin istehsalı 37,2 faiz, emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 44,8 faiz, asfaltın istehsalı 48,0 faiz, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı isə 74,6 faiz azalıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər