Neft qiymətləri zəif dəyişir, Brent bir barelə $39,75 səviyyəsindədir

10:08 - 16.06.2020


16 iyun, Fineko/abc.az. Əvvəlki sessiyanın yekunları üzrə yüksəlişdən sonra çərşənbə axşamı ticarətində neft qiymətləri zəif dəyişir.

Saat 9:25-də London ICE Futures birjasında Brentin avqust fyuçersinin qiyməti $0,03 (0,08%) – bir barelə $39,75-ə qədər yüksəlmişdir. İyunun 15-ə keçirilən sövdələşmələrin nəticələrinə görə, Brent-in avqust ayı üçün müqavilələrinin qiyməti $0,99 (2,56%) - bir barelə $39,72-dək artıb.

Saat 9:25 Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin iyul ayına olan fyuçersi $0,02 (0,05%) – bir barelə $37,14-ə qədər artmışdır. İyunun 15-ə keçirilən ticarətin nəticələrinə görə, WTI-nin iyul fyuçersinin qiyməti $0,86 (2,37%), bir barelə $37,12-ə qədər artıb.

 

Bütün xəbərlər