Ödənişləri WhatsApp-la da həyata keçirmək olacaq – Yeni funksiya

16.06.2020,10:08


16 iyun, Fineko/abc.az. “Facebook” şirkəti “WhatsApp” mesajlaşma tətbiqi platformasında elektron ödəmə xidmətinin tətbiqinə başlayıb.

ABC.AZ xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə “Facebook” şirkətinin rəhbəri Mark Zukerberq bildirib.

O, qeyd edib ki, proqramın yeni imkanlarını ilk olaraq Braziliyadan olan istifadəçilər qiymətləndirəcəklər.

"Bu gün biz Braziliyada “WhatsApp” istifadəçiləri üçün ödənişlərin işə salınmasına başlayırıq. Göndərilmə və pulun alınması footların mübadiləsi kimi sadə olacaq. Biz həmçinin kiçik biznesə birbaşa “WhatsApp”da satışları həyata keçirməyə icazə verəcəyik", - deyə M. Zükerberq bildirib.

Qeyd edək ki, yeni funksiya “Facebook Pay” onlayn ödənişləri sistemi əsasında həyata keçiriləcək.

Müəllif: Elmir Murad