Bu sığorta şirkətlərinin ödənişləri yığımlarından çox olub – ADLAR

10:33 - 16.06.2020


16 iyun, Fineko/abc.az. Aprel ayında Azərbaycanda 3 sığorta şirkətinin ödənişləri yığımlarını üstələyib.

ABC.AZ xəbər verir ki, bunlar "Atəşgah Həyat", "Amrah sığorta" və "İpək Yolu Sığorta" şirkətləridir.

Adıçəkilən şirkətlər aprel ayında topladıqları sığorta haqqından artıq ödəniş ediblər.

Belə ki, aprel ayında 894 min manat sığorta haqqı toplayan "İpək yolu Sığorta" 1 milyon 334 min manat ödəniş edib.

"Atəşgah Həyat Sığorta" da eyni addımı atıb. Şirkət 4 milyon 538 min manat sığorta haqqı toplayaraq 6 milyon 316 min manat sığorta ödənişi edib. "Amrah sığorta" isə 39 min manat sığorta haqqına qarşı 49 min manat ödəniş verib.

 

 

Bütün xəbərlər