Qazaxıstan Azərbaycanla ikiqat vergitutmanın aradan qaldırılmasına dair protokolu ratifikasiya etdi

11:51 - 17.01.2018


17 yanvar, Fineko/abc.az. Qazaxıstan parlamenti dünən Azərbaycan və Qazaxıstan hökumətləri arasında  ikiqat vergitutmanın aradan qaldırılmasına və gəlir və əmlak vergisinə dair vergidən yayınmaların aradan qaldırılması haqqında Protokolu ratifikasiya edib.

Qazaxıstanın maliyyə naziri Baxıt Sultanovun sözlərinə görə, protokolun ratifikasiyası, informasiya mübadiləsinin genişləndirilməsi yolu ilə, hər iki ölkənin vergi xidmətləri arasında əməkdaşlığın inkişafına imkan verəcək.

“Həmçinin, protokolun ratifikasiyası vergilərdən yayınma və Konvensiyanın müddəalarının sui-istifadəsi aşkar edildikdə daxili qanunvericiliyin tətbiq olunmasına imkan verəcək”, - bunu, maliyyə naziri Baxıt Sultanov deyib.

Sultanov, iki dövlət arasında vergitutma məsələlərində qanunvericilik bazasının, protokolun mühüm rolunu qeyd edib.

“Son 10 il ərzində Qazaxıstan ilə Azərbaycan arasında ticarət dövriyyəsi 2,8 milyard dollar təşkil edib. Qazaxıstanın ixracatının əsas maddələri buğda, xam neft məhsulları, dəmir yaymasıdır. İdxalat strukturuna şəkər və meşə fındığı üstünlük təşkil edir. Son on il ərzində Azərbaycandan Qazaxıstana 168 milyon dollar, Qazaxıstandan Azərbaycana isə təxminən 20 milyon dollar sərmayə qoyulmuşdur. Protokolun həyata keçirilməsi, büdcədən maliyyə xərclərinə səbəb olmayacaq”, - qurumun rəhbəri belə deyib.

 

 

Bütün xəbərlər