Azərbaycan Beynəlxalq Bankının Qazaxıstana borcu 15 il müddətinə uzadıldı

12:02 - 17.01.2018


17 yanvar, Fineko/abc.az. Azərbaycan Beynəlxalq Bankının Qazaxıstana borcu 15 il müddətinə uzadılıb.

Qazaxıstanın maliyyə naziri Baxıt Sultanov bildirib ki, Qazaxıstan həmin vəsaitləri itirməyib, lakin bankın iflası həqiqətən baş versəydi, itki təhlükəsi ola bilərdi.

“Nəticədə 3,5% dərəcə ilə 250 milyon dolların 15 il müddətinə uzadılması baş verdi. Bu kağızlar (Azərbaycan Beynəlxalq Bankının istiqrazları) likvidlidir, buna görə də demək olmaz ki, biz, vəsaitləri itirdik. Əlbəttə ki, əvvəlki yatırımlarla müqayisədə fərq olacaq, lakin əsas məbləği itirməmişik. Bundan əlavə, 3,5% hesablanacaq. Bu  beynəlxalq dərəcə hazırda suveren ölkələrin bazar dərəcələrinə yaxındır”, - deyə maliyyə naziri B.Sultanov qeyd edib.

 

 

Bütün xəbərlər