Bakıda istehlak mallarının qiyməti azalıb – Hesabat

12:21 - 16.06.2020


16 iyun, Fineko/abc.az. Bu ilin may ayında Bakı şəhəri üzrə istehlak məhsullarının və xidmətlərin qiymətləri aprel ayına nisbətən 0,4% azalıb.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, mayda paytaxt üzrə istehlak qiymətləri indeksi aprel ayı ilə müqayisədə 99,6%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 99%, qeyri-ərzaq malları üzrə 100,0%, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 100% olub.

Məlumata əsasən, 2020-ci ilin yanvar-may ayında Bakı şəhəri üzrə istehlak qiymətləri indeksi 2019-cu ilin eyni dövrünə nisbətən 102,7%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 104,9%, qeyri-ərzaq malları üzrə 101,1%, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 101,1% təşkil edib.

 

Bütün xəbərlər