İlham Əliyev “Microsoft” şirkətinin rəsmiləri ilə videokonfrans keçirib

14:27 - 16.06.2020


16 iyun, Fineko/abc.az. İyunun 16-da Prezident İlham Əliyevlə “Microsoft” şirkətinin vitse-prezidenti Filip Roq, Mərkəzi və Şərqi Avropa bölgəsinin korporativ əlaqələr və hüquqi məsələlər üzrə rəhbəri Nanna-Louise və qurumun digər nümayəndələri arasında videokonfrans keçirilib.

ABC.AZ-ın məlumatına görə, görüş “Microsoft” şirkətinin təşəbbüsü ilə baş tutub.  Videokonfransda Azərbaycan tərəfdən Prezidentin köməkçisi Şahmar Mövsümov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə iştirak ediblər.

 

Bütün xəbərlər