2018-ci ildə zərər edən şirkət ötən il 52 min manat qazanıb – Hesabat

10:36 - 17.06.2020


17 iyun, Fineko/abc.az. “Qafqaz Lizinq” MMC 2019-cu ili 52 min manat mənfəətlə başa vurub. Halbuki, şirkət 2018-ci ildən 59 min manat zərərlə çıxmışdı.

ABC.AZ report-a istinadən xəbər verir ki, ötən il “Qafqaz Lizinq”in gəlirləri 117 min manat (əvvəlki ilə nisbətən 4,3 dəfə çox), xərcləri isə 65 min manat (24,6% az) təşkil edib.

Şirkət mənfəət vergisi ödəməyib. 

Bu il yanvarın 1-nə “Qafqaz Lizinq”in aktivləri 716 min manat olub ki, bu da illik müqayisədə 8% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri təxminən 20% artaraq 8 min manata, balans kapitalı isə 8% artaraq 708 min manata çatıb.

 

Bütün xəbərlər