Abşeron Vadisi yaradıla bilər – Azərbaycan innovasiyalar mərkəzinə çevrilir

11:42 - 17.06.2020


17 iyun, Fineko/abc.az. Xəbər verdiyimiz kimi iyunun 16-da Prezident İlham Əliyevlə “Microsoft” şirkətinin vitse-prezidenti və digər nümayəndələri arasında videokonfrans keçirilib.

ABC.AZ-ın məlumatına görə, Prezidentin köməkçisi Şahmar Mövsümov videokonfransda maraqlı və faydalı ola biləcək fikir irəli sürüb.

O qeyd edib ki, Azərbaycanın regionumuzda innovasiyaların mərkəzi olmaq üçün Silikon Vadisi kimi Abşeron Vadisini yaratmaq məqsədilə böyük potensialı var.

Ş.Mövsümovun sözlərinə görə, hazırda biz innovativ yanaşmalar əsasında iqtisadi inkişafa nail olmaq üçün Azərbaycanın innovasiya strategiyası üzərində işləyirik.

"Biz bu məsələdə də “Microsoft” şirkəti ilə əməkdaşlıq edirik. Biz “Microsoft” şirkətini daha da fəal olmağa çağırırıq. Bu məsələdə biz “Microsoft” şirkətinin fəal iştirakını yüksək qiymətləndiririk" deyə Ş. Mövsümov deyib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər