Beş ayda Azərbaycana bu qədər elektriklə işləyən avtomobil gətirilib – Hesabat

14:10 - 17.06.2020


17 iyun, Fineko/abc.az. Bu ilin 5 ayında (yanvar-may) Azərbaycana gətirilmiş elektriklə işləyən nəqliyyat vasitələrinin sayı açıqlanıb.

Dövlət Gömrük Komitəsindən ABC.AZ-a verilən məlumata görə, sözügedən dövrdə ölkəyə 1852 elektriklə işləyən nəqliyyat vasitəsi gətirilib.

Bu nəqliyyat vasitələrindən 1771-i daxili yanma mühərriki ilə yanaşı, elektrik mühərriki ilə də hərəkətə gətirilən, 81-i isə yalnız elektrik mühərriki ilə işləyən nəqliyyat vasitəsidir.

 

Bütün xəbərlər