BNA açıq tender keçirir

14:32 - 17.06.2020


17 iyun, Fineko/abc.az. “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxs svetofor məntəqələri və həmin məntəqələr üzrə müvafiq işlərin görülməsi, avadanlıqların və mal-materialların daimi olaraq işlək vəziyyətdə saxlanılması üçün aylıq texniki xidmətin göstərilməsi, habelə mövcud svetofor məntəqələrinin yeraltı kommunikasiya xətlərinin dəyişdirilməsi və yenilənməsi işlərinin görülməsi məqsədilə mal, iş və xidmətlər üçün tender elan edir.

Tenderdə iştirak haqqı 600 manatdır.

ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, iddiaçılar tenderlərdə iştirak etmək üçün sənədləri 13.07.2020 12:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 21.07.2020 12:00  qədər təqdim etməlidirlər.

İddiaçıların təkliflərinin açılışı 22.07.2020 12:00  tarixində aparılacaq.

Əlaqələndirici şəxs: Musa Abdullayev

Telefon: (994 12)  404 41 20 (2184)

 

Bütün xəbərlər