Beş ayda 52,3 milyon dollarlıq fındıq ixrac olunub - Hesabat

15:16 - 17.06.2020


17 iyun, Fineko/abc.az. 2020-ci ilin yanvar-may aylarında Azərbaycandan ixrac olunan meşə fındığının həcmi açıqlanıb.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, sözügedən dövrdə Azərbaycan 8,4 min ton meşə fındığı sata bilib. Məbləğə gəlincə bu dövrdə ixrac edilən meşə fındığının dəyəri 52,3 milyon ABŞ dolları olub.

Qeyd edək ki, ötən ilin eyni dövründə ölkədən dəyəri 62,7 milyon dollar olmaqla 11,5 min ton meşə fındığı ixrac edilib.

 

Bütün xəbərlər