Avropanın bu ölkəsindən ət gətirilməsinə qadağa – Dövlət Komitəsinə müraciət olundu

16:00 - 17.06.2020


17 iyun, Fineko/abc.az. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OIE) Bolqarıstanın Qabrovo və Sumen vilayətləri ərazilərində Kü isitməsi xəstəliyi qeydə alındığını bildirib.

Bu barədə ABC.AZ-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib.

Belə ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) rəsmi məlumatı nəzərə alınaraq, Bolqarıstanın Qabrovo və Sumen vilayətlərindən xırdabuynuzlu heyvanların idxalına müvəqqəti məhdudiyyətin tətbiq olunmasına dair qərar qəbul edilib.

Bu tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Dövlət Gömrük Komitəsinə müraciət olunub.

 

Bütün xəbərlər