Neft ucuzlaşmaqda davam edir

09:50 - 18.06.2020


18 iyun, Fineko/abc.az. Neftin etalon markaların qiymətləri azalmaqda davam edir.

Saat 9:05-də London ICE Futures neft birjasında Brent-in avqust fyuçersi $0,20 (0,49%) – bir barelə $40,51-a düşüb. İyunun 17-də keçirilən hərracların nəticələrinə görə, Brent-in avqust ayına olan neft müqavilələrinin qiyməti $0,25 (0,61%) - bir barelə $40,71-ə düşüb.

Saat 9:05-də Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin iyul ayına olan fyuçersi $0,34 (0,90%) – bir bareə $37,62-ə düşdü. İyunun 17-də hərracların nəticələrinə görə, WTI-nin iyul ayına olan fyuçersi $0,42 (1,09%), bir barelə $37,96 ucuzlaşıb.

 

Bütün xəbərlər