AzerGold tender elan edir

10:47 - 18.06.2020


18 iyun, Fineko/abc.az. “AzerGold” QSC Daşkəsən rayonunda yerləşən Çovdar Filiz Emalı sahəsində çalışan işçilər üçün qidalanma xidmətlərinin satın alınması üçün tender elan edir.

Tenderdə iştirak haqqı 250 manatdır.

ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, iddiaçılar tenderlərdə iştirak etmək üçün sənədləri 19.06.2020 15:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 30.06.2020 15:00  qədər təqdim etməlidirlər.

İddiaçıların təkliflərinin açılışı 01.07.2020 15:00  tarixində aparılacaq.

Əlaqələndirici şəxs: Aygül Tağıyeva

Telefon: (994 12)  505-02-02

 

Bütün xəbərlər