Azərbaycanda internetin sürəti artıb – 8 faiz çoxalıb

11:05 - 18.06.2020


18 iyun, Fineko/abc.az. Bu ilin may ayında Azərbaycanın mobil rabitə operatorlarının şəbəkələrində giriş internet trafikin sürəti 29,7 Mbit/s-ə təşkil edib.

ABC.AZ apa-ya istinadən xəbər verir ki, "Ookla"nın "Speedtest Global Index"ə görə, bu göstərici aprel ayı ilə müqayisədə 8%-dək artıb.

Mayda ölkənin mobil şəbəkələrində çıxış trafikinin sürəti aprel ayının göstəricisi ilə müqayisədə 4%-dək artaraq 13,87 Mbit/s olub.

Qeyd edək ki, dünya üzrə giriş və çıxış mobil trafikinin sürəti isə müvafiq olaraq 33,71 Mbit/s və 10,89 Mbit/s təşkil edir. May ayının nəticələrinə görə Azərbaycan bu göstərici üzrə dünya ölkələri sırasında 65-ci yerdə qərarlaşıb. Mobil internet sürətinə görə liderlərin ilk üçlüyünə Cənubi Koreya (100,22 Mbit/s), BƏƏ (99,67 Mbit/s) və Çin (97,10 Mbit/s) daxil olub.

 

Bütün xəbərlər