"Aqrar Sığorta Fondu"-nun tenderinin qalibi açıqlanıb – Müqavilə imzalandı

11:19 - 18.06.2020


18 iyun, Fineko/abc.az. "Aqrar Sığorta Fondu" bir müddət əvvəl elan etdiyi tenderi yekunlaşdırıb.

ABC.AZ xəbər verir ki, "Aqrar Sığorta Fondu"-nun 1 ədəd biznes sinfinə aid nəqliyyat vasitəsinin satın alınması ilə bağlı açıq tenderə aid müsabiqədə "Subaru Azərbaycan" MMC qalib elan olunub.

Qalib gəlmiş təşkilatla ƏDV daxil 56 min 700 manat məbləğində müvafiq satınalma müqaviləsi imzalanıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər