Bu gün buraxılış imtahanıdır

11:30 - 18.06.2020


18 iyun, Fineko/abc.az. Dövlət İmtahan Mərkəzi bu gün ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış (qəbul) imtahanlarını keçirir.

Mərkəzdən ABC.AZ-a verilən məlumata görə, imtahanlar saat 11:00-da başlayıb.

Qeyd edək ki, kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər