Gələn il Azərbaycan iqtisadiyyatı ilə bağlı yeni proqnoz – 1,2 faiz artacaq

11:48 - 18.06.2020


18 iyun, Fineko/abc.az. Asiya İnkişaf Bankı (AİB) COVID-19 pandemiyasının neqativ təsirlərini nəzərə alaraq, Azərbaycanda 2020-ci ildə ÜDM-in azalma tempi 0,1%, inflyasiyanın səviyyəsi isə 2,8% olacağını proqnozlaşdırır.

ABC.AZ apa-ya istinadən xəbər verir ki, bu barədə AİB-in "Asian Development Outlook" (ADO) adlı yenilənmiş hesabatında deyilir. Hesabatda qeyd olunub ki, 2021-ci ildə Azərbaycan iqtisadiyyatı 1,2% artacaq, inflyasiyanın səviyyəsi isə 3,5% təşkil edəcək.

 

Bütün xəbərlər