İlham Əliyev Moskvada hərbi parada getməyəcək – Putinlə telefon danışığı olub

14:53 - 18.06.2020


18 İyun, Fineko/abc.az. Prezident İlham Əliyev Qələbənin 75 illiyi münasibətilə Moskvada keçiriləcək hərbi paradda iştirak etməyəcək.

ABC.AZ apa-ya istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığında bildirib.

Prezident İlham Əliyev Azərbaycanda karantin tədbirlərinin uzadılması ilə əlaqədar Moskvada Qələbənin 75 illiyinə həsr olunmuş hərbi paradda əvvəlcədən planlaşdırılmış iştirakının mümkün olmadığını təəssüf hissi ilə bildirib.  Dövlət başçısı qeyd edib ki, ölkəmiz bu tədbirdə Müdafiə naziri və Azərbaycan Ordusunun 75 nəfər hərbi qulluqçusu ilə təmsil olunacaq.

Vladimir Putin vəziyyətə anlayışla yanaşdığını bildirib.

 

Bütün xəbərlər