Britaniyanın Mərkəzi Bankı iclas keçirdi – Faiz dərəcəsini dəyişmədi

16:20 - 18.06.2020


18 iyun, Fineko/abc.az. Böyük Britaniya Mərkəzi Bankı faiz dərəcələrinə yenidən baxılması üçün  yığıncaq keçirib.

ABC.AZ xəbər verir ki, britaniyalılar pul siyasəti faizini dəyişdirməyərək 0.10%-də saxlayıblar.

İngilislərin Əsas Bankının yığıncağında daha bir qərar verilib. Belə ki, Mərkəzi Bank koronavirusla mübarizə çərçivəsində qiymətli kağız alışı hədəfini 100 milyard sterlinq artıraraq 645 milyard sterlinqdən 745 milyard sterlinqə yüksəldib. Bank rəsmiləri bununla yanaşı iqtisadiyyatı dəstəkləmək üçün lazım olduğunda daha çox addım atmağa hazır olduqlarını vurğulayıblar.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər