Çay ixracı artıb – 5 aya 4 milyon dollardan çox satılıb

16:34 - 18.06.2020


18 iyun, Fineko/abc.az. Bu ilin 5 ayında (yanvar-may) Azərbaycandan 623 ton çay ixrac edilib.

Dövlət Gömrük Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, ixrac edilən çayın dəyəri 4,1 milyon ABŞ dolları olub.

Müqayisə üçün qeyd edək ki, ötən ilin yanvar-may aylarında Azərbaycandan dəyəri 3,7 milyon dollar olmaqla 580 ton çay ixrac edilib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər