Bakıda Binəqədi şossesinin təmiri başlanır

18:02 - 9.10.2017


“Azəravtoyol” ASC Bakıda Binəqədi şossesinin əsaslı təmirini başlamağı planlaşdırır.

ASC-də bildirdilər ki, şossedə təmirin başlanması yaxın günlərdə  gözlənilir.

“Azəravtoyol”da dedilər: “Hal-hazırda ərazidə yeraltı kommunikasiya xətlərinin çəkilişi üzrə müvafiq strukturlar tərəfindən işlər aparılır. Binəqədi şossesinin təmiri iki mərhələdən ibarət olacaq, su yığılmasının qarşısını almaq üçün, yol boyunca uzunluğu 2,8 km olan yağış kollektoru çəkiləcək”.

Yol, dörd hərəkət zolağından ibarət olacaq, ictimai nəqliyyat üçün “cib”li dayanacaqlar, avtomobillər üçün kiçik  parkinqlər, yeni səkilər  yaradılacaq.  

 

Bütün xəbərlər