Ölkədə situasiya ürəkaçan deyil - TƏBİB sədri

19:06 - 18.06.2020


18 iyun, Fineko/abc.az.   Yoluxmalar artır və ölkədə situasiya ürəkaçan deyil. ABC.AZ-ın məlumatına görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. 

Onun sözlərinə görə, yenidən sərtləşmə qərarı verilməsinə səbəb ölkədəki epidemioloji vəziyyət olub: "Bu qərarlar çox ciddi statistik rəqəmlər əsasında aparılan geniş təhlillər nəticəsində verilib. Həftəsonu tətbiq edilən məhdudiyyətlər bizə imkan verdi ki, uzun müddətli məhdudiyyətlərin tətbiqi üçün vaxt qazanaq. Bu məhdudiyyətlər aprel ayında tətbiq edilən məhdudiyyətlərə bənzərdir".

 Müəllif: Elmir Murad

Bütün xəbərlər