Şənbə günü sərt karantin olmayacaq - Açıqlama

19:24 - 18.06.2020


 18 iyun, Fineko/abc.az.   Bu həftənin cümə və şənbə günləri ciddi karantin rejimi tətbiq edilməyəcək.

ABC.AZ-ın məlumatına görə, bu  barədə məlumat Operativ Qərargahın brifinqində verilib. 

Bildirilib ki, bunun əvəzində bazar günü - 21 iyun saat 00:00-dan başlayaraq iyul ayının 5-i saat 06:00-dək Bakı, Sumqayıt, Abşeron, Gəncə, Yevlax, Cəlilabad, Lənkəran və Masallıda xüsusi məhdudiyyətlər tətbiq olunacaq.

Qeyd edək ki, bu müddət ərzində vətəndaşlar SMS icazə ilə evdən çıxa biləcəklər. 

 

Müəllif: Elmir Murad

Bütün xəbərlər