Neftin qiyməti dünya bazarında tələbin tədricən bərpası fonunda artır

09:52 - 19.06.2020


19 iyun, Fineko/abc.az. Neft cümə günü dünya bazarında tələb və təklif balansının tədricən bərpası ilə bağlı yaxşılaşma fonunda bahalaşır.

Saat 9:15-də London ICE Futures birjasında Brent-in avqust üzrə fyuçers qiyməti $0,35 (0,84%) – bir barelə $41,86-a qədər artıb. İyunun 18-də hərracların nəticələrinə görə, avqust ayı üçün Brent fyuçersinin qiyməti $0,80 (1,97%) artaraq bir barelə $41,51-a çatıb.

Saat 9:15-də Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin iyul ayına olan fyuçersi $0,34 (0,88%) – bir barelə $39,18-ə yüksəldi. İyunun 18-də hərracların nəticələrinə görə, iyul ayına olan fyuçers $0,88 (2,27%), bir barelə $38,84-ə yüksəldi.

 

Bütün xəbərlər