330x100
 

Bu rayonlara yeni prokuror təyin olundu – Kamran Əliyev əmr imzalayıb

19.06.2020,11:05


19 iyun, Fineko/abc.az. Bakının daha iki rayonuna yeni prokuror təyin olunub.

ABC.AZ apa-ya istinadən xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Daxili təhlükəsizlik şöbəsi rəisi Rəşid Mahmudov tutduğu vəzifədən azad olunaraq Suraxanı rayon prokuroru vəzifəsinə təyin edilib.

Bundan başqa Qax rayon prokuroru Hidayət Nurəlibəyov tutduğu vəzifədən azad edilərək Nərimanov rayon prokuroru vəzifəsinə təyinat alıb.