Dünyada ən təmiz havanın olduğu yer – Adı açıqlandı

11:15 - 19.06.2020


19 iyun, Fineko/abc.az. Dünyanın ən təmiz havası Antarktidanı əhatə edən Cənub okeanının mərkəzindədir.

ABC.AZ xəbər verir ki, bu qənaətə amerikalı alimlər gəliblər.

Belə ki, bölgənin təcrid olunması ilə əlaqədar orada indiyə qədər insan fəaliyyəti olmayıb. Araşdırmanın həmmüəllifi Tomas Hillin sözlərinə görə, Cənub okeanı Yer kürəsində antropogen təsirə məruz qalmayan az sayda yerlərdən biridir. Burada aerozol və digər çirkli maddələrə rast gəlinməyib.

Qeyd edək ki, Cənub okeanının ada və qitələrlə cızılmış aydın sərhədləri yoxdur. O, özündə Atlantik, Hind və Sakit okeanların cənub hissələrini birləşdirir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər