Bakıda Azərbaycan-Pakistan işçi qrupunun növbəti görüşü keçirilir

17.01.2018,16:32


17 yanvar, Fineko/abc.az. Bu gün Bakıda Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Pakistan İslam Respublikası Birləşmiş Qərargahı arasında Azərbaycan-Pakistan işçi qrupunun 8-ci görüşü başlayıb.

Müdafiə Nazirliyinin məlumatında deyilir ki, işçi qrupuna Azərbaycan tərəfindən Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov, Pakistan tərəfindən isə Birləşmiş Qərargahın Xarici əlaqələr İdarəsinin rəisi general-mayor Muhammad Şafiq rəhbərlik edirlər.

Görüşdə hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, regionda təhlükəsizlik, hər iki dövlətin orduları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, o cümlədən 2018-ci ildə birgə tədbirlərin keçirilməsi məsələləri müzakirə olunur.

İşçi görüşü yanvarın 18-dək davam edəcək.

 

 

Açar sözlər: Pakistan Müdafiə