Səudiyyənin ABŞ-a neft ixracı 10 dəfə azalıb

14:15 - 19.06.2020


19 iyun, Fineko/abc.az. Səudiyyə Ərəbistanından ABŞ-a ixrac olunan neftin həcmi son 35 ildə ən aşağı səviyyəyə düşə bilər.

ABC.AZ-ın məlumatına görə, bu barədə “Bloomberg” agentliyi ekspertlərə istinadən xəbər yayıb.

Məlumata görə, bu ilin iyun ayında enerji təchizatı aprel ayı ilə müqayisədə 10 dəfə azalaraq gündəlik 133 min barelə düşüb.

Bu tendensiya davam edərsə, ABŞ-a ixracat 35 illik minimumu yeniləyəcək.

Səudiyyə Ərəbistanının neft sənayesi nümayəndəsinin dediyinə görə, krallıq yaxın gələcəkdə ABŞ-a təchizatı artırmağı planlaşdırmır.

Ər-Riyad bu ay həmçinin Çinə ixracı azaldıb, lakin Hindistana və Yaponiyaya ixrac səviyyəsi artıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər