Bu lotoreyalar keçirilməyəcək – Dayandırıldı

15:36 - 19.06.2020


19 iyun, Fineko/abc.az. Uzun zamandır keçirilən lotoreya oyunlarından bəziləri dayandırlır.

Belə ki, İqtisadiyyat Nazirliyinə məxsus “Azərlotereya” ASC ölkədəki karantin rejimi ilə əlaqədar iyunun 26-dan “Yeni Binqo”, “Klassik loto” və “4+4” tirajlı lotereya oyunlarının keçirilməsini dayandıracaq.

ABC.AZ xəbər verir ki, bu barədə şirkətdən bildirilib.

Şirkətin yaydığı məlumata görə, yalnız “5/36” və “6/40” tirajlı lotereya oyunlarının keçirilməsi davam etdiriləcək.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər