Xüsusi karantin rejimində bu sahələr işləyəcək – Siyahı

17:24 - 19.06.2020


19 iyun, Fineko/abc.az. Sərtləşdirilmiş karantin rejimində fəaliyyətinə icazə verilən sahələrin siyahısı açıqlanıb.

ABC.AZ xəbər verir ki, Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, səhiyyə və sosial sahələr, elmi tədqiqat və laborator xidmətləri, xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri üzrə xidmətlər, baytarlıq xidmətləri, tibbi avadanlıqların, dərmanların və tibbi vasitələrin istehsalı, sosial xidmətlər, sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntusu olan, habelə xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti, kommunal xidmətlər (kanalizasiya və su təchizatı, qaz təchizatı, istilik təchizatı, enerji paylanması), elektrik enerjisinin istehsalı və təchizatı, su təsərrüfatı və meliorasiya, telekommunikasiya və rabitə xidmətləri, Nəqliyyat və logistika sahəsi üzrə xidmətlər iyunun 21-dən iyulun 5-dək tətbiq olunacaq xüsusi karantin rejimində işləyə biləcək.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər