Əli Əsədov xüsusi karantin rejimi ilə bağlı qərar imzaladı

17:14 - 19.06.2020


19 iyun, Fineko/abc.az. Baş Nazir Əli Əsədov Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə qərar imzalayıb.

ABC.AZ-ın məlumatına görə, qərara əsasən koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 1 avqust saat 00:00-dək uzadılıb.

Qərarla “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 may tarixli 178 nömrəli Qərarının 1-ci hissəsində “15 iyul” sözləri “1 avqust” sözləri ilə əvəz edilib.

 

Bütün xəbərlər