Onlar da sərt karantində küçəyə çıxa biləcək – Siyahı

17:32 - 19.06.2020


19 iyun, Fineko/abc.az. Xəbər verdiyimiz kimi baş nazir Əli Əsədov xüsusi karantin rejimində fəaliyyətinə icazə verilmiş sahələrin siyahısını təsdiqləyib.

ABC.AZ-ın məlumatına görə, siyahıya əsasən, hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımalar, dəmir yolu, dəniz gəmiçiliyi, liman və avtomobil yolları xidmətləri, logistika xidmətləri, ictimai nəqliyyat və taksi xidmətləri,

Əsas istehsalat növləri, müdafiə sənayesi məhsullarının istehsalı, neft avadanlıqları və qurğularının istehsalı, qida məhsullarının və onlar üçün xammal istehsalı, qida məhsullarının tədarükü, təchizatı, saxlanması və topdan satışı, gündəlik baxım və gigiyena vasitələrinin istehsalı, kimyəvi məhsulların istehsalı, kənd təsərrüfatı məhsullarının toplanması, istehsalı və emalı, o cümlədən fermer təsərrüfatlarının fəaliyyəti, əkinçilik, növbəli suvarma, bitki mühafizə xidməti və məhsul yığımı, neft və qazın hasilatı, emalı, saxlanması və satışı, neft və qazın boru kəmərləri vasitəsilə ötürülməsi, metallurgiya sənayesi üzrə fəaliyyətlərə iyunun 21-dən iyulun 5-dək olan xüsusi karantin rejimində icazə veriləcək. Beləliklə də sadalanan sahələr üzrə fəaliyyət göstərən şəxslər küçəyə çıxa biləcək.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər