Arayışla şəhərdən kənar tibb müəssisələrinə getmək olacaq - Açıqlama

12:24 - 20.06.2020


20  iyun, Fineko/abc.az.  Şəhərdən kənar tibb müəssisələrinə getmək istəyənlər arayışla gedə biləcəklər.

ABC.AZ-ın məlumatına görə,  bunu Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi Kamran Əliyev deyib. 

Onun sözlərinə görə, amma onlar qayıdanda da həkimin arayışı olmalıdır. "Arayış verilərkən də həmin şəxsin konkret hansı tibb müəssisəsinə göndərildiyi qeyd olunsa, daha yaxşı olar” deyə K. Əliyev qeyd edib.  

Bütün xəbərlər