Milli Məclisin iclası təxirə salındı – Bu səbəbdən

11:03 - 22.06.2020


22 iyun, Fineko/abc.az. İyunun 21-də gün ərzində Milli Məclisin (MM) deputatlarından koronavirus infeksiyası ilə bağlı götürülən test nümunələrinin cavabları sabah (23 iyun) bəlli olacaq.

ABC.AZ-ın report-a istinadən məlumatına görə, MM Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirib ki, bu səbəbdən Milli Məclisin iyun ayının 23-də keçirilməli olan növbədənkənar plenar iclasının tarixi dəyişdirilib.

Plenar iclasın yeni tarixi ilə bağlı məlumat veriləcək.

 

Bütün xəbərlər