Azərbaycanın İrana ixracı azalıb, Qətərə isə artıb – Hesabat

11:16 - 22.06.2020


22 iyun, Fineko/abc.az. Bu ilin ilk 5 ayında (yanvar-may) Azərbaycanın ən çox məhsul ixrac etdiyi Körfəz ölkələrinin siyahısı açıqlanıb.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, sözügedən ölkələrin sırasında ilk üçlükdə İran, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətər qərarlaşıb.

Sözügedən dövrdə İrana ixracın dəyəri 13 milyon dollar, BƏƏ-yə 4,5 milyon dollar, Qətərə isə 939 min dollar olub. Qeyd edək ki, bu dövrdə İran və Birləşmiş Ərəb Əmirliklərinə ixracın dəyərində azalma, Qətərə isə artım müşahidə edilib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər