Bu rayonda taxılın böyük hissəsil yığılıb – 85 faizə yaxın

11:42 - 22.06.2020


22 iyun, Fineko/abc.az. Salyanda taxıl biçinin 84,6 faizinin məhsulu yığılıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən ABC.AZ-a bilidiriblər ki, Salyan taxılçıları ötən ilin payızında əkdikləri 16 min 802 hektar taxıl sahəsinin 14 min 209 hektarında biçini başa çatdırıblar.

Zəmilərdən bu günə kimi 53 min 154 ton məhsul yığılıb. Bunun isə 40 min 307,9 tonu arpa, 12 min 846,7 tonu buğdadır.

Qeyd edək ki, hazırda Salyanın taxıl sahələrində 39 kombayn işləyir.

 

Bütün xəbərlər