Azərbaycan iqtisadiyyatı 2,6% geriləyəcək – Bədbin proqnoz

12:17 - 22.06.2020


22 İyun, Fineko/abc.az. "Bu il Azərbaycan iqtisadiyyatı 2,6% geriləyəcək ki, bu, dünya iqtisadiyyatı və Yaxın Şərq və Mərkəzi Asiyanın neft ixrac edən ölkələrinin iqtisadiyyatlarının geriləməsi ilə müqayisədə daha azdır".

ABC.AZ-ın apa-ya istinadən məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı "Azərbaycan iqtisadiyyatı: pandemiya və postpandemiya dövründə" mövzusunda keçirilən onlayn görüşdə çıxış edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan pandemiyanın iqtisadiyyata təsirləri nöqteyi-nəzərdən daha əlverişli vəziyyətdədir:

"Amma bütün hallarda pandemiyanın iqtisadiyyata təsiri qaçılmazdır və bunu hər birimiz həyatımızda hiss edirik. Azərbaycanda pandemiya ilə mübarizə sahəsində tədbirlər planı qəbul edilib və bu tədbirlər planının əsas bloku, ilk növbədə, pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirlərini minimuma endirməkdən ibarətdir".

 

Bütün xəbərlər