Qonşu ölkə turizmin bərpasını təxirə sala bilər - Pandemik vəziyyətə görə

14:59 - 22.06.2020


22 iyun, Fineko/abc.az. Gürcüstan hökuməti beynəlxalq turizmin bərpası ilə bağlı qərarına yenidən baxacaq.

ABC.AZ report-a istinadən xəbər verir ki, yaxın zamanlarda müvafiq qərar ictimaiyyətə açıqlanacaq.

Gürcüstan tərəfdaş ölkələr, İsrail və Avropa İttifaqının müxtəlif üzvləri ilə turizmin bərpası üzrə uğurlu danışıqlar aparıb. Lakin həmin ölkələr epidemioloji vəziyyətə görə sərhədlərini turistlər üçün açmağı təxirə salıblar. Gürcüstan hökuməti dünya ölkələrində koronavirusla bağlı cari tendensiyaları izləyəcək və ölkə sərhədlərinin əcnəbi ziyarətçilər üçün açılması barədə müvafiq qərar qəbul edəcək.

 

Bütün xəbərlər