2017-ci ildə Azərbaycanda sahibkarlara 146 milyon manat həcmində güzəştli kredit verilib

11:30 - 18.01.2018


18 yanvar, Fineko/abc.az. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən 2017-ci ildə 146 milyon manat həcmində güzəştli kredit verilib. 

İqtisadiyyat Nazirliyinin məlumatında deyildiyi kimi, güzəştli kreditlər, ümumi dəyəri 635,6 milyon manat olan 1950-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə verilib.

“Həmin layihələrin icrası nəticəsində təxminən 6600 yeni iş yeri açılacaq. Verilmiş kreditlərin 65%-i respublikanın regionlarının, 35%-i isə Bakı şəhərinin qəsəbələrinin payına düşür. Güzəştli kreditlərin 67,6%-i aqrar sektorun, 32,4%-i müxtəlif sənaye məhsullarının istehsalı və emalı sahələrinin inkişafına yönəldilib”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər