Dünya Bankı Azərbaycana kredit verir - 150 milyon dollar

15:45 - 22.06.2020


22 iyun, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Azərbaycan və Dünya Bankı iki layihənin reallaşdırılması məqsədilə $150 milyon ümumi məbləğdə kredit sazişləri imzalayıb.

ABC.AZ interfaks-a istinadən xəbər verir ki, razılaşdırmaya görə, məşğulluq proqramı genişləndiriləcək və ədliyyə sisteminin inkişafına dəstək veriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2020-ci il üçün özünüməşğulluq proqramının maliyyələşdirilmə həcmini 63 milyon manat (cari məzənnə ilə $37 milyon dollar) məbləğində qiymətləndirir.

Bundan başqa, 2020-ci il martın 26-da Dünya Bankı (DB) ədliyyə sistemində islahatların davam etdirilməsi üçün Azərbaycana $50 milyon məbləğində kreditin ayrılmasını təsdiq edib. Kredit vəsaiti 11,5 il müddətinə təqdim olunub, bunun 4 ili – güzəştli dövrdür.

Reallaşdırılması 4 il müdətinə nəzərdə tutulan layihənin ümumi dəyəri $70 milyon təşkil edir, bunun $50 milyonu DB, $20 milyonu isə Azərbaycan hökuməti tərəfindən ayrılacaq

Kredit resursları bir neçə istiqamət üzrə istifadə olunacaq: ədliyyə xidmətlərinin göstərilmə səviyyəsinin yaxşılaşdırılması; institusional potensialın, effektivliyin, monitorinq və qiymətləndirmənin gücləndirilməsi; pilot əsaslarla qabaqcıl texnologiyaların tətbiqi; layihənin idarə olunması və əlaqələndirilməsi.

 

Bütün xəbərlər