330x110
 

Azərbaycana gələn turistlər kəksin azalıb - 5 ayın nəticələri

22.06.2020,16:06


22 iyun, Fineko/abc.az. 2020-ci ilin yanvar-may aylarında Azərbaycana dünyanın 152 ölkəsindən 563,9 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,9 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Dövlət Sərhəd Xidmətindən ABC.AZ-a verilən məlumata görə, bu dövrdə Azərbaycana gələnlərin 30,2 faizi Rusiya Federasiyası, 27,3 faizi Gürcüstan, 13,2 faizi Türkiyə, 6,7 faizi İran, 2,2 faizi Hindistan, hər birindən 2,1 faiz olmaqla Səudiyyə Ərəbistanı və Ukrayna,1,4 faizi Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,3 faiz olmaqla Pakistan, Küveyt və Qazaxıstan, 1,1 faizi Türkmənistan, hər birindən 0,9 faiz olmaqla İraq və Böyük Britaniya, 0,8 faizi Özbəkistan, 0,7 faizi İsrail, 6,4 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 75,1 faizini kişilər, 24,9 faizini qadınlar təşkil edib. Bu ilin yanvar-may aylarında Çindən gələnlərin sayı 5,5 dəfə, Cənubi Koreyadan - 4,4 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən - 4,1 dəfə, Polşadan - 3,8 dəfə, Yaponiyadan - 3,7 dəfə, Böyük Britaniyadan - 3,5 dəfə, Kanadadan və İsraildən - 3,3 dəfə, Macarıstandan - 3,2 dəfə, ABŞ-dan və Fransadan - 3,1 dəfə, Almaniyadan və Niderlanddan - 3,0 dəfə, İtaliyadan - 2,9 dəfə, Malayziyadan və Türkmənistandan - 2,7 dəfə azalıb.

Müəllif: Elmir Murad