Azərbaycana bu ölkələrdən gələn turistlər azalıb – Siyahı

16:15 - 22.06.2020


22 iyun, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dövlət Sərhəd Xidməti 2020-ci ilin yanvar-may aylarında Azərbaycana gələn turistlərin statistikasını açıqlayıb.

ABC.AZ xəbər verir ki, ümumilikdə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 3,4 dəfə azalaraq 16,2 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 2,2 dəfə azalaraq 75,3 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,9 dəfə azalaraq 205,4 min nəfər olub. Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 66,9 faizi dəmir yolu və avtomobil, 31,6 faizi hava, 1,5 faizi isə dəniz nəqliyyatından istifadə edib. 2019-cu ilin yanvar-may ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 2,2 dəfə azalaraq 958,8 min nəfər olub. Ölkə vətəndaşlarının 33,5 faizi İrana, 29,7 faizi Gürcüstana, 20,4 faizi Rusiya Federasiyasına, 9,6 faizi Türkiyəyə, 6,8 faizi isə digər ölkələrə səfər edib. Gedənlərin 69,3 faizini kişilər, 30,7 faizini qadınlar təşkil edib. Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 2,5 dəfə, Türkiyəyə  gedənlərin sayı 2,2 dəfə, Gürcüstana gedənlərin sayı 2,0 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı isə 1,9 dəfə azalıb. 2020-ci ilin yanvar-may aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 82,0 faizi dəmir yolu və avtomobil, 16,4 faizi hava, 1,6 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər