3 milyon manat zərər etmişdi 2019-cu ildə mənfəət qazanıb – 4 milyon manat

17:00 - 22.06.2020


22 iyun, Fineko/abc.az. İcbari Sığorta Bürosu (İSB) 2019-cu ili 4 milyon 270 min manat xalis mənfəətlə başa vurub.

ABC.AZ Büronun maliyyə hesabatına istinadən xəbər verir ki, qurum 2018-ci ili 3 milyon 66 min manat ziyanla bağlamışdı. Xalis mənfəət ötən il gəlirlərin artmasından və kompensasiya üzrə ehtiyata ayırmanın azalmasından qaynaqlanır. İcbari Sığorta Bürosunun təqvim haqları üzrə gəlirləri ötən il 2018-ci illə müqayisədə 1,347 min manat və ya 17% artaraq 9 milyon 240 min manat təşkil edib.

Qeyd edək ki, İSB-nin kompensasiya üzrə ehtiyatlara ayırması 2018-ci ildəki 3 milyon 294 min manatdan 2019-cu ildə 1 milyon 145 min manata geriləyib.

 

Bütün xəbərlər