Bu rayonlarda 173 nəfər işlə təmin edilib – Statistika

17:32 - 22.06.2020


22 iyun, Fineko/abc.az. Şahbuz rayonunda keçirilən əmək yarmarkasında 20 nəfərin vakansiyalar üzrə işə göndərilməsi təmin olunub, 2 nəfər isə özünüməşğulluq proqramına cəlb edilməsi üçün qeydiyyata alınıb.

ABC.AZ Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, əmək yarmarkasında işaxtaranlara 16-sı dövlət və 4-ü özəl sektor olmaqla, 20 müəssisədən 130 boş iş yeri təqdim edilib.

Ümumilikdə isə Naxçıvan şəhəri, Babək, Ordubad, Culfa, Şahbuz, Kəngərli və Sədərək rayonlarında keçirilmiş əmək yarmarkalarında 158 müəssisədən olan vakansiyalar üzrə 173 işaxtaran vətəndaşın işə göndərilməsi təmin edilib. Qeyd edək ki, növbəti əmək yarmarkası iyunun 23-də Şərur rayonunda keçiriləcək.

 

Bütün xəbərlər