Beş ayda kənd təsərrüfatı istehsalı 4 faizə yaxın artıb – Hesabat

11:46 - 23.06.2020


23 iyun, Fineko/abc.az. 2020-ci ilin yanvar-may ayları üzrə Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 2165,1 milyon manat təşkil edib. 

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sözügedən məbləğin də 1721,9 milyon manatı heyvandarlıq, 443,2 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,6 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,2 faiz, bitkiçilik məhsulları üzrə isə 5,3 faiz artıb.

Yaz-tarla işləri ilə yanaşı kənd təsərrüfatı məhsullarının yığımına da başlanılıb. İyun ayının 1-nə kimi tarlalardan 57,1 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 63,1 faiz az taxıl, 196,1 min ton (13,7 faiz çox) kartof, 287,4 min ton (16,2 faiz çox) tərəvəz, 20,7 min ton (24,7 faiz çox) meyvə və giləmeyvə, 392,0 ton (22,0 faiz çox) yaşıl çay yarpağı yığılıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər