13:11 - 23.06.2020
23 iyun, Fineko/abc.az. TuranBank kollektivinin təşəbbüsü və Azərbaycan Talassemiya Federasiyasının təşkilatçılığı ilə ənənəvi qanvermə aksiyası keçirilmişdir. Respublika Mərkəzi Qan Bankının həkimlərinin nəzarəti altında həyata keçirilən aksiyada Bankın struktur bölmələrinin əməkdaşları həvəslə iştirak etmişlər. Aksiyanın məqsədi talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara təmənnasız qan yardım etməkdən ibarət olmuşdur.
Qeyd edək ki, donorluq Bankın "Korporativ Sosial Məsuliyyət" proqramının ən vacib tərkib hissələrindən biridir. Artıq bir neçə ildir ardıcıl olaraq Bankın kollektivi qanvermə aksiyalarında yaxından iştirak edir. Bu il keçirilən qanvermə aksiyası da Bank əməkdaşlarının aktiv iştirakı ilə yadda qalmışdır.
Bank bu cür layihələrlə yanaşı, "Korporativ Sosial Məsuliyyət" proqramı çərçivəsində müntəzəm olaraq kimsəsiz uşaqlara, yaşlılara yardım edir, idman, mədəniyyət və təhsil sahəsinin dəstəklənməsi istiqamətində layihələr həyata keçirir.
TuranBank
Bizimlə etibarlıdır.....
28 Mart 2024
28 Mart 2024
28 Mart 2024
28 Mart 2024
28 Mart 2024
28 Mart 2024
28 Mart 2024
28 Mart 2024
28 Mart 2024
28 Mart 2024
28 Mart 2024
28 Mart 2024
27 Mart 2024
27 Mart 2024
27 Mart 2024
27 Mart 2024