İşsizlikdən sığorta ödənişi daha 2 ay uzadıldı

14:23 - 23.06.2020


23 iyun, Fineko/abc.az. 2020-ci il 1 aprel tarixindən etibarən işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə minimum məbləğdə işsizlikdən sığorta ödənişi iki ay, peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə təqaüdün ödənişi isə 2020-ci il 1 iyul tarixinədək olan müddətə davam etdiriləcək.

ABC.AZ xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Maliyyə Nazirliyinə bu Qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb. 

 

Bütün xəbərlər